Ötən il Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 55,3 faiz artaraq 52 686 488,2 min dollara çatıb.
BUTA.TV xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə ilk sırada duran ölkə İtaliyadır.
İtaliya ilə ticarət dövriyyəsinin həcmi 2021-ci illə müqayisədə ötən il 87,5 faiz artaraq 18 122 940,73 min ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycandan İtaliyaya 17 782 508,08 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2021-ci ilin eyni göstəricisini 92,4 faiz üstələyir. İtaliyadan Azərbaycana isə 340 432,64 min dollar dəyərində məhsul idxal olunub. Bu isə illik ifadədə 18,9 faiz azdır.
Azərbaycanla ticarət dövriyyəsində ikinci əsas ölkə Türkiyədir. Ötən il Türkiyə ilə ticarət dövriyyəsinin həcmi 2021-ci illə müqayisədə 25,3 faiz artaraq 5 842 177,83 min dollar təşkil edib. Azərbaycandan bu ölkəyə 3 544 755,91 min dollar dəyərində məhsul ixrac edilib. Bu da 2021-ci ilin yanvar-dekabr aylarının göstəricisindən 25,8 faiz çoxdur. Hesabat dövründə isə 2 297 421,92 min dollar dəyərində idxal əməliyyatları aparılıb ki, bu da 2021-ci ilin müvafiq göstəricisini 24,6 faiz üstələyir.
Ticarət dövriyyəsində üçüncü yerdə Rusiya durur. Ötən il bu ölkə ilə ticarət dövriyyəsi 23,9 faiz artaraq 3 710 239,41 min dollar olub. Dövr ərzində Azərbaycandan Rusiyaya 975 456,33 min dollar (5,9 faiz çox) dəyərində ixrac, Rusiyadan Azərbaycana isə 2 734 783,08 min dollar (artım 31,8 faiz) dəyərində idxal əməliyyatları həyata keçirilib.
Ticarət dövriyyəsində ən yüksək olan ölkələr sırasında 2 159 049,89 min dollar Çin, 1 882 072,55 min dollar Hindistan, 1 718 390,29 min dollar İsrail, 1 420 184,72 min dollar Yunanıstan, 1 254 900,19 min dollar Almaniya, 1 103 780,5 min dollar İspaniya, 1 036 197,27 min dollar Böyük Britaniya, 989 582,63 min dollar Çexiya, 964 121,62 min dollar Xorvatiya 771 781,57 min dollar Gürcüstan, 756 619,66 min dollar Portuqaliya, 710 790,93 min dollar həcmində isə İndoneziya var.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir