İlham Əliyev fərman imzaladı

14:12 - 26 Yanvar 2023 - GÜNDƏM

 İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 23 dekabr tarixli 755-VIQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

BUTA.TV fərmaın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.22-ci (hər iki halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 20.0.22-ci (ikinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 20.0.22-ci (birinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.22-ci maddəsinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilər üzrə idxalı gömrük rüsumlarından azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 23 dekabr tarixli 755-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol