Cahangir Əsgərov vəzifədən çıxarılarsa... - Millət vəkili

16:00 - 25 Yanvar 2023 - CƏMİYYƏT

 Cahangir Əsgərov vəzifədən çıxarılarsa... - Millət vəkili

AZAL-ın fəaliyyəti ilə bağlı məsələyə Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə çıxışlarında toxunub və AZAL-ın işinin qənaətbəxş olmadığını qeyd edib.

Bu sözləri BUTA.TV-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərovun vəzifəsindən azad olunması bağlı yayılan qeyri-rəsmi xəbəri şərh edərkən bildirib.

“Prezident bu qədər gəlirləri olan qurumun dövlət dotasiyasından ciddi asılı olduğunu bildirib. Halbuki əksinə olmalıdır, AZAL büdcəyə töhfə verməlidir. Eyni zamanda parlamentdə də AZAL-ın rəhbərinin fəaliyəti ilə bağlı çox kəskin çıxışlar olub. Millət vəkillərimiz də AZAL-la bağlı narazılıqlarını ifadə edib: qonşu ölkələrlə müqayisələr aparılıb, AZAL-ın qiymət siyasəti tənqid olunub. Bir çox hallarda vətəndaşların ayrı-ayrı ölkələrə uçmaq üçün AZAL-dan deyil, xeyli məsafə qət edib, Gürcüstana getməsi və Gürcüstan aviaşirkətlərinin xidmətindən istifadə etməsini müşahidə etmişik.

Məsələyə belə yanaşanda AZAL rəhbərliyində ciddi dəyişiklərin baş verməsi, hesab edirəm ki, labüddür”, - deputat qeyd edib.

E.Nəsirovun sözlərinə görə, AZAL-a yeni rəhbərin gələcəyi təqdirdə qiymət siyasətində köklü dəyişikliyin olacağı ehtimalı yüksəkdir:

“Biz qonşu ölkələrin bu məsələlərdə yeritdiyi siyasəti də gərək nəzərə alaq. Elə etməliyik ki, bizim vətəndaşlarımız öz milli aviasiya şirkətini qoyub, başqa şirkətlərin imkanlarından faydalanmasın. Hesab edirəm ki, AZAL-ın rəhbərləyində bu və digər dəyişiklər gözləniləndir. Bu gözləntilər doğruldacağı təqdirdə, bundan xalqımız qazanmış olar”.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol