NATO-ya üzvlüyü ilə bağlı Türkiyə ilə işgüzar dialoqa qayıtmağı ümid edirik.
BUTA.TV xəbər verir ki, bu barədə İsveç Baş naziri Ulf Kristersson deyib.
“Yenidən işgüzar dialoqa qayıtmağı arzu edirəm. Bu prosesdə təmkinli olmağa çağırıram. İsveç, Finlandiya və Türkiyə üçtərəfli saziş imzalayıb. Hər şey yaxşı gedir. Lakin bəllidir ki, hər şeyi bəyənmirik”, - deyə o bildirib.
Qeyd edək ki, Türkiyə, İsveç və Finlandiya arasında NATO-ya üzvlüklə bağlı üçtərəfli formatda görüş Ankaranın tələbi ilə ləğv edilib.
Bir neçə gün öncə Stokholmda Türkiyə səfirliyi qarşısında Quran-Kərimin yandırılması Türkiyənin haqlı narazılığına səbəb olub.
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır
- Adnan Əhmədzadə ilə bağlı bu iddia yalan çıxdı
- Çalışdığı avtoyumada “Hunday”ı qaçırdı
- Nazir döyüş fəaliyyətini yoxladı, tapşırıqlar verdi - Foto
- Bakıda əməliyyat: saxlanılanlar var - Video
- Bakıdan Ermənistana neft daşınması: Tiflisdən simvolik qiymət...
- FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edildi - Foto
- Küləklə bağlı sarı xəbərdarlıq