Cəmiyyətdə elə bir əhval-ruhiyyə yaranmasın ki, oturmalıdır evində, dövlət pul verməlidir, bu da xərcləməlidir.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
O bildirib ki, sosial müdafiə siyasətindən danışanda həmişə aktiv sosial müdafiə tədbirlərini önə çəkmək lazımdır:
"Populist çıxış edərək özünə xal qazanmaq istəyən siyasətçilər passiv sosial müdafiə faktorlarını önə çəkirlər. Yəni, dövlət versin, mən də xərcləyim. Biz aktiv sosial müdafiədən, yeni iş yerlərinin açılmasından, məşğulluqdan, əməkhaqqının yüksəldilməsindən danışmalıyıq. Cəmiyyətdə elə bir əhval-ruhiyyə yaranmasın ki, oturmalıdır evində, dövlət pul verməlidir, bu da xərcləməlidir. Necə ki, ünvanlı sosial yardım nə qədər insanı ələbaxımlı öyrətmişdi".
- Nazir döyüş fəaliyyətini yoxladı, tapşırıqlar verdi - Foto
- Bakıda əməliyyat: saxlanılanlar var - Video
- Bakıdan Ermənistana neft daşınması: Tiflisdən simvolik qiymət...
- FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edildi - Foto
- Küləklə bağlı sarı xəbərdarlıq
- Fuad Nəcəfli istintaqa cəlb edildi
- ADY sərnişinlərə kitab hədiyyə edir - Foto
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı