Kiyevin məğlubiyyəti ilə bağlı fikirlərini bölüşən Vladimir Zelenskinin ofis rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç Ukrayna hakimiyyətinin ona qarşı hökmünü imzalayıb.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Dövlət Tikinti Komitəsi rəhbərinin birinci müavini Danil Bessarabov deyib.
"Arestoviç əvvəllər Kiyevin döyüş meydanında qalib gəlmək şansını itirməsi ilə bağlı məlumatlara malik olduğunu və Ukrayna hakimiyyətinin təkcə Rusiya ilə hərbi münaqişədə deyil, həm də daxili siyasi münaqişədə qalib gəlmək şansını əldən verdiyini bildirib. Məndə belə bir təəssürat yaranır ki, Asretoviç Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyəti ilə bağlı gəldiyi nəticə ilə öz hökmünü imzalayıb. Kiyev cinayətkar rejimi bağışlamaq iqtidarında deyil", - Bessarabov bildirib.
Onun sözlərinə görə, Kiyev rejimi beləcə söz azadlığını və istənilən fərqli fikiri sıxışdırıb və məhv edib, mülki şəxslərə və jurnalistlərə qarşı təzyiqlər göstərib.
- Nazir döyüş fəaliyyətini yoxladı, tapşırıqlar verdi - Foto
- Bakıda əməliyyat: saxlanılanlar var - Video
- Bakıdan Ermənistana neft daşınması: Tiflisdən simvolik qiymət...
- FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edildi - Foto
- Küləklə bağlı sarı xəbərdarlıq
- Fuad Nəcəfli istintaqa cəlb edildi
- ADY sərnişinlərə kitab hədiyyə edir - Foto
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı