Tovuzda gəlin və qaynanası naməlum cismin partlaması nəticəsində xəsarət alıb.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.
Kənd sakinləri, 1961-ci il təvəllüdlü Tağıyeva Roza Abbas qızı və onun gəlini, 1992-ci il təvəllüdlü Esmira Xəqani qızı Tağıyeva yaşadıqları evin həyətində çörək bişirən zaman ocağa odun qoyduqdan bir müddət sonra partlayış baş verib.
Hadisə nəticəsində R.Tağıyeva qarın nahiyəsindən, onun gəlini isə əl və üz nahiyəsindən xəsarət alıb.
Hər ikisi xəstəxanaya yerləşdirilib, onlardan R.Tağıyeva cərrahiyyə əməliyyatı olub, vəziyyəti orta-ağır qiymətləndirilir.
Yaxınlarının deməsinə görə, partlayışa odunun içərisində olan naməlum hərbi sursatın partlaması səbəb olub. Belə ki, Ermənistanla sərhəddə yerləşən kənd ərazisi daha əvvəl tez-tez atəşə tutulub. Güman edilir ki, həmin dövrdə atılan hansısa hərbi sursat odunun içərisində olub.
Faktla bağlı araşdırma aparılır.
- Nazir döyüş fəaliyyətini yoxladı, tapşırıqlar verdi - Foto
- Bakıda əməliyyat: saxlanılanlar var - Video
- Bakıdan Ermənistana neft daşınması: Tiflisdən simvolik qiymət...
- FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edildi - Foto
- Küləklə bağlı sarı xəbərdarlıq
- Fuad Nəcəfli istintaqa cəlb edildi
- ADY sərnişinlərə kitab hədiyyə edir - Foto
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı