Ukraynada nazir müavini saxlanıldı

23:06 - 21 Yanvar 2023 - GÜNDƏM

 Ukraynada nazir müavini saxlanıldı

Ukraynada Korrupsiyaya Qarşı Mübarizə Milli Bürosunun əməkdaşları axtarış aparıb və icma inkişafı, ərazilər və infrastruktur nazirinin müavini Vasil Lozinskini saxlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə “RBK Ukrayna” məlumat yayıb.

Məlumata görə, istintaq Cinayət Məcəlləsinin 364-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 368-ci (vəzifəli şəxs tərəfindən külli miqdarda təklifi, vədi qəbul etmə və ya qanunsuz mənfəət əldə etmə) maddələri ilə aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol