Entoni Blinkenlə görüşümüzdə qardaş Azərbaycanın barış üçün nə qədər səmimi olduğunu bildirdik.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasına ABŞ-də dördgünlük rəsmi səfərinin yekununda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir bildirib ki, ABŞ-dəki türk toplumu ilə bütün görüşlərində Azərbaycan və Türkiyə qardaşlığından bəhs edib:
“Bununla yanaşı, ABŞ dövlət katibi Entoni Blinkenlə görüşümüzdə Cənubi Qafqazya çərçivəsində qardaş Azərbaycanın barış üçün nə qədər səmimi olduğunu, təkliflərinin diqqətə alınması gərəkdiyini, provokasiyaların dayandırılmasının vacib olduğunu söylədik. Bizim olmadığımız yerlərdə başda cənab Prezident İlham Əliyev olmaqla bütün azərbaycanlı qardaşlarımız Türkiyənin haqlarını müdafiə edirlər. Bizdə Azərbaycanın olmadığı yerlərdə eyni şəkildə Türkiyə Prezidenti və bizlər qardaş Azərbaycanın haqlarını hər yerdə müdafiə edirik. Çünki biz bir millətik”.
- Ölüm təhdidi ilə gündəmə gələn şəxsə vəzifə verildi
- Polkovnik əsgər ölümünə görə vəzifədən çıxarıldı
- “Kristal” iddialara aydınlıq gətirdi
- Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır
- Polis əməliyyatı: 20 silah aşkarlandı
- Bakıda 29 yaşlı oğlan oteldə öldü
- Cəbrayılda açıq ərazidə yanğın oldu
- Dayanacaqda avtomobil park edən sürücü cəzalandırıldı