20 Yanvar faciəsinin ildönümündə Şəhidlər Xiyabanında dini şüarlar səsləndirən şəxslər saxlanılıblar.
BUTA.TV xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.
“20 Yanvarda dini şüar səsləndirən şəxslərin hər biri müəyyən olunub. Həmin şəxslərdən beşi barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib”, - deyə o qeyd edib.
DİN-in rəsmisi əlavə edib ki, məhkəmə qərarı ilə onlar barəsində müxtəlif müddətlərdə inzibati həbs tənbeh tədbiri tətbiq edilib:
“Digərləri barədə araşdırmalar davam etdirilir”.
- Ölüm təhdidi ilə gündəmə gələn şəxsə vəzifə verildi
- Polkovnik əsgər ölümünə görə vəzifədən çıxarıldı
- “Kristal” iddialara aydınlıq gətirdi
- Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır
- Polis əməliyyatı: 20 silah aşkarlandı
- Bakıda 29 yaşlı oğlan oteldə öldü
- Cəbrayılda açıq ərazidə yanğın oldu
- Dayanacaqda avtomobil park edən sürücü cəzalandırıldı