Ötən gün Almaniyada Türkiyə milli müdafiə naziri Hulusi Akarla görüşdüm. Ankarada keçirməyi planlaşdırdığımız görüşü təxirə saldıq.
BUTA.TV xəbər verir ki, bunu İsveçin müdafiə naziri Pol Conson Tvitterdə yazıb.
“Türkiyə ilə əlaqələr İsveç üçün çox vacibdir. Biz ortaq təhlükəsizlik və müdafiə məsələləri üzrə dialoqun irəli tarixdə davam etdirilməsini səbirsizliklə gözləyirik”, - nazir bildirib.
Qeyd edək ki, İsveç polisi Türkiyə səfirliyi önündə Qurani-Kərimin yandırılması ilə bağlı aksiyaya göz yumub. Buna görə də, H. Akar açıqlamasında P.Consonun yanvarın 27-də Türkiyəyə planlaşdırılan səfərinin ləğv edildiyini bildirib.
- Ölüm təhdidi ilə gündəmə gələn şəxsə vəzifə verildi
- Polkovnik əsgər ölümünə görə vəzifədən çıxarıldı
- “Kristal” iddialara aydınlıq gətirdi
- Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır
- Polis əməliyyatı: 20 silah aşkarlandı
- Bakıda 29 yaşlı oğlan oteldə öldü
- Cəbrayılda açıq ərazidə yanğın oldu
- Dayanacaqda avtomobil park edən sürücü cəzalandırıldı