Türkiyədə prezident seçkilərinin mayın 14-də keçirilməsi bizim üçün problem deyil.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu deyib.
“Seçkilərin keçirilmə tarixini mayın 14-nə təyin etmək istəyirlər. Bizim tərəfimizdən heç bir problem yoxdur. Yetər ki, söz millətin olsun. Millət İttifaqı da bunu istəyir”, - partiya sədri bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında seçkilərin mayın 14-də keçirilə biləcəyinə işarə etmişdi.
- Ölüm təhdidi ilə gündəmə gələn şəxsə vəzifə verildi
- Polkovnik əsgər ölümünə görə vəzifədən çıxarıldı
- “Kristal” iddialara aydınlıq gətirdi
- Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır
- Polis əməliyyatı: 20 silah aşkarlandı
- Bakıda 29 yaşlı oğlan oteldə öldü
- Cəbrayılda açıq ərazidə yanğın oldu
- Dayanacaqda avtomobil park edən sürücü cəzalandırıldı