Tolik şikayətləndi: “Bibimlə otelə buraxmadılar“ - VİDEO

13:00 - 21 Yanvar 2023 - MAQAZİN

 Tolik şikayətləndi: “Bibimlə otelə buraxmadılar“ - VİDEO

Tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) efirdə bəzi otellərin qayda-qanunlarından gileylənib. BUTA.TV xəbər verir ki, “Ümid ilə gəl” proqramında bu barədə danışan Tolik Şamaxıdakı otellərdən birinin yalnız nikah şəhadətnaməsi ilə qonaqları qəbul etdiyini deyib:

“Bir oteldən narazılığım var. Şamaxıda “Sakit göl” adlı bir otel var, ora bizi buraxmırlar. Mən ailəli deyiləm, amma içki içmirəm, siqaret çəkmirəm, həftəsonları gedib “Sakit göl”də dincəlmək istəyirəm. 10-15 oğlanla ora diskotekaya getmək istəmirdim. Otelin nömrəsini yığdım ki, dostlarım var, ailəli qadındırlar, qardaşım kimi olan dostlardırlar, onlarla gəlmək istəyirəm, bir gün dincəlmək, gölün qırağında gəzmək istəyirəm. Dedilər, qeyri-mümkündür, mütləq ailəli olmalısan.

Hətta ailəmlə də qoymadılar. Zəng etdim ki, bacımla, bibimlə gəlmək istəyirəm, qoymadılar, dedilər, olmaz. Bu nə qədər düzgündür?”

Verilişdə ekspert qismində əyləşən kulturoloq Aydınxan Əbilov isə bunun tamamilə qanunsuz olduğunu bildirib:

“Bu, qeyri-qanunidir. Siz onları məhkəməyə verərək kifayət qədər pul da ala bilərsiniz. Otel ictimai müəssisədir. Ədliyyə Nazirliyində qapalı klub kimi qeydiyyatdan keçsəydi, bu ola bilərdi.

Bu ölkədə hər kəsin öz siyasəti ola bilməz. Otelçilik haqqında qanun var, hər şey bu qanunla tənzimlənir. Əgər şəxsi oteldirsə, öz ailəsi üçün açsın”.

Həmin görüntüləri təqdim edirik:


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol