Bir sıra qidaların zərərli olması ilə bağlı fikirlər mövcuddur. Lakin diyetoloqlar heç bir qidanı menyudan tamam xaric etməyi məsləhət görmür. Sağlamlığımızı qorumaq üçün əsasən yediyimiz qidanın miqdarına diqqət etməliyik.
BUTA.TV zərərli hesab etdiyimiz bəzi qidaları təqdim edir:
Xolesterinin yüksək olması səbəbindən yumurta istifadəsini məhdudlaşdırmaq tövsiyə olunur, amma düzgün istehlak edilərsə, heç bir zərəri yoxdur. Yumurta sarısı D vitamini və dəmir-minerallar ilə zəngindir. Bu minerallar orqanizmin yorulmasının, eləcə də onkoloji və ürək-damar xəstəliklərinin inkişafının qarşısını alır. Orqanizmin gündəlik 25% amin turşulara olan təlabatını ödəyir. Bütün bunlara baxmayaraq, yumurtanı çox miqdarda qəbul etmək də düzgün deyil. Orqanizm tərəfindən mənimsənilən artıq zülal böyrəklərin işinə mənfi təsir edir, qan dövranını pisləşdirərək sağlamlığa zərər vurur.
Kartof yüksək glisemik indeksə malik olduğuna və qanda qlükozanı yüksəltdiyinə görə daha az faydalı hesab olunur. Amma kartof bişmiş və dondurulmuş halda yeyilərsə, bağırsaq mikroflorası üçün çox faydalıdır. Bişmiş kartofda çoxlu lif, B və C vitaminləri, kalium və digər minerallar var.
Kərə yağı çox vaxt xolesterinin çoxluğuna görə ürəyin və damarların düşməni adlandırılır. Lakin yağın orta səviyyədə istehlakı hüceyrə membranlarını və sinir sistemini qoruyur, mədə-bağırsaq infeksiyalarını aradan qaldırır və mikrofloranı normallaşdırır. D vitamini ilə zəngin olan kərə yağı dəri, saç, iş qabiliyyətinin artırılması, yorğunluğun aradan götürülməsi üçün olduqca faydalıdır.
Son vaxtlar yetkin bir insanın südə ehtiyacı olmadığı barədə fikirlər var. Amma süd qida rasionumuza daxil edilərsə, hipertoniya, 2-ci tip şəkərli diabet, eləcə də tənəffüs yolu infeksiyaları kimi ciddi patologiyaların riskini azaldar.
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi