Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və "Əl-Hilal" klublarının futbolçularından ibarət komanda ilə Fransa təmsilçisi PSJ arasında yoldaşlıq matçı baş tutub.
BUTA.TV xəbər verir ki, "Kral Fəhd" stadionunda keçirilən görüş PSJ-nin 5-4 qələbəsi ilə yekunlaşıb.
Hesabı 3-cü dəqiqədə qonaqlardan Lionel Messi açıb. 34-cü dəqiqədə "Əl-Nəsr"in yeni transferi Kristiano Ronaldo bərabərliyi təmin edib. 43-cü dəqiqədə PSJ yenidən önə keçib. Bu dəfə Markinyos fərqlənib. 45+6-cı dəqiqədə Ronaldo özünün və komandasının 2-ci qolunu vurub. 53-cü dəqiqədə Fransa təmsilçisindən Serxio Ramos 3-cü topu rəqibin qapısından keçirib. 56-cı dəqiqədə Çan Xyon Su hesabı bərabərləşdirib. 60-cı dəqiqədə Kilian Mbappe qonaqları yenidən önə keçirib. 78-ci dəqiqə Yuqo Ekitike 5-ci dəfə meydan sahiblərini məyus edib. 90+4-cü dəqiqədə isə Anderson Taliska meydan sahiblərinin 4-cü qolunu vurub.
- DYP-dən yağışlı hava ilə bağlı sürücülərə çağırış
- Azərbaycanda zəlzələ oldu
- “Kristal” “Landau Education Group”la memorandum imzaladı
- Kürün səviyyəsi qəfil qalxdı, bir ailə adada köməksiz qaldı
- "Mersedes" beton maneəyə çırpıldı: 1 ölü, 2 yaralı - Video
- İrandan Azərbaycana təxliyə olunanların sayı... - Foto
- 34 yaşlı kişi küçədə bıçaqlandı: 17 yaşlı oğlan saxlanıldı
- Bakıda 2 nəfərin güllələnməsi ilə bağlı cinayət işi açıldı