Xərçəngdən əziyyət çəkən əməkdar artist Gülbahar Şükürlünün xəstəliyi yenidən baş qaldırıb.
Kult.az xəbər verir ki, bu haqda Axşam.az-a açıqlamasında qarmon ifaçısı deyib. O bildirib ki, yenidən kimyaterapiya alır:
“Bu xəstəlik canımda var, getmir. Yenidən kimyaterapiyalara başlamışam. Yaxşıyam”.
G.Şükürlü aparıcı Zaur Kamalın efirdə onun üçün sənət adamlarından maddi dəstək istəməsinə də münasibət bildirib:
“Bu, mənim istəyimlə olmayıb. Zaur dəfələrlə efirə qonaq çağırdı, getmədim. Küsdü, mən də açıb dedim ki, kimyaterapiya alıram. Müalicə bahalıdır. Zaurun da canı yanıb, belə bir addım atıb. Efirdə deyib ki, sənət adamları dəstək olsunlar”.
Qeyd edək ki, bir neçə il əvvəl G.Şükürlünün beynində şiş aşkarlanmış və əməliyyat olunmuşdu.
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - Video
- Zaur Əliyevə yüksək vəzifə verildi
- Azərbaycan Belarusdan 100 ədəd MAZ alacaq
- "Anadolu Ankası - 2026" təliminə start verildi
- 600 abonentin qazı kəsiləcək