Ruslarn Baxmut hücumu iflasa uğradı - Britaniya

14:32 - 3 Yanvar 2023 - GÜNDƏM

 Ruslarn Baxmut hücumu iflasa uğradı - Britaniya

Baxmut yaxınlığında rus qüvvələrinin ən intensiv hücumları dövrü artıq başa çatıb və rusların burada uğur qazanacağı yaxın gələcəkdə mümkün deyil.

BUTA.TV xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

"Təxminən dekabrın ortalarında nizami rus əsgərləri və “Vaqner” qrupundan olan muzdlular piyadaların şəhər ətrafındakı mövqelərə hücumlarının tezliyini artırdılar, lakin piyadalara çox az dəstək verilirdi. Son 10 gün ərzində Ukrayna bu sektorun müdafiəsi üçün əhəmiyyətli qüvvələr göndərib və Rusiya qoşunlarının hücumlarının tezliyi dekabrın ortalarındakı ilə müqayisədə azalıb. Qarşıdakı həftədə Rusiyanın Baxmut yaxınlığında əhəmiyyətli irəliləyiş əldə edə bilməyəcəyi ehtimalı azdır", - məlumatda deyilib.

Qeyd olunur ki, bu döyüşlərdə həm Rusiya, həm də Ukrayna tərəfi ağır itki verib.

Bu xəbər hal-hazırda çox oxunur
Boşananlara bəd xəbər: aliment artırılır

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol