Fransada dekabrın 26-da başlayan terapevt həkimlərin tətili yanvarın 8-dək uzadılıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Sabahın həkimləri” assosiasiyasının saytında məlumat verilib. Tətil edən həkimlərə bu həftə də tətili davam etdirməyə çağırış olunub. Onlar həkim konsultasiyasının haqqının artırılmasını (25 avrodan 50 avroya qədər) və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.
Fransa Azad Tibb Birliyi, Fransa Həkimlər Federasiyası, Liberal Həkimlər Həmkarlar İttifaqı və Gənc Həkimlər də daxil olmaqla, bir neçə həmkarlar ittifaqları dekabrın 26-da həkimləri tətil etməyə çağırıblar.
Həkimlərin tətili yanvarın 2-də başa çatmalı idi, ancaq hökumətin həkimlərə diqqətsizliyi onları tətili davam etdirməyə sövq edib. Sağlamlıq keşikçiləri yanvarın 5-də Parisdə Panteon meydanından Səhiyyə Nazirliyi istiqamətində etiraz nümayişi keçirəcəklərini bildiriblər.
- Rusiyadan qaz idxal etməmişik. Nöqtə! - Hacıyev
- Fransadan Netanyahunun həbs qərarına – Şok cavab
- Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
- Valentina Matviyenko Azərbaycana gələcək
- Berbok Bakıda: Təfərrüatı barədə heç nə deyə bilməyəcəm!
- Azərbaycan XİN Pakistana başsağlığı verdi
- Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
- Boşananlara bəd xəbər: aliment artırılır