Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, yanvarın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-13° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət 55-60 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3°-dək şaxta olacaq.
- “Casus” demişdilər - Baş nazir oldu
- Qurbanlıq heyvanlar neçəyədir? - Video
- Bu qəzalarla bağlı yeni qərar - Qaydalar dəyişdi
- Hikmət Hacıyevdən WUF13-lə bağlı paylaşım
- Mən İlham Əzizin yerinə olsaydım, “Nataşa”nı götürüb Salyana gətirərdim...
- Sənan Əsədzadə Misirdə saxlanıldı
- BMT baş katibinin müavini "ASAN xidmət"də...
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq