Beyrutda Yeni il şənliyi zamanı Livanın MEA aviaşirkətinin iki mülki təyyarəsi havaya atılan güllələrdən zərər çəkib.
BUTA.TV xəbər verir ki, bu barədə Livanın "Əl Cədid" kanalı məlumat yayıb.
“İki MEA Airbus A321 neo təyyarəsi boş güllələrlə zədələnib. Hər iki təyyarə Beyrutdakı Rəfik Həriri Beynəlxalq Hava Limanındadır",- məlumatda deyilir.
Qeyd olunur ki, Yeni il ərəfəsində Beyrut hava limanında mülki təyyarələrin uçuş və ya eniş zamanı zədələnməsi ilk hadisə deyil. Hava limanı Beyrutun cənub ətrafının sıx məskunlaşdığı ərazilərin yaxınlığında yerləşir. Livan hakimiyyəti və partiya liderləri dəfələrlə vətəndaşları bayram və ictimai tədbirlər zamanı avtomat silahlardan atəş açmamağa çağırıblar, çünki yoldan keçənlər tez-tez atılan güllələrdən ölürlər.
- “Casus” demişdilər - Baş nazir oldu
- Qurbanlıq heyvanlar neçəyədir? - Video
- Bu qəzalarla bağlı yeni qərar - Qaydalar dəyişdi
- Hikmət Hacıyevdən WUF13-lə bağlı paylaşım
- Mən İlham Əzizin yerinə olsaydım, “Nataşa”nı götürüb Salyana gətirərdim...
- Sənan Əsədzadə Misirdə saxlanıldı
- BMT baş katibinin müavini "ASAN xidmət"də...
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq