Ukrayna Prezidenti Vladimir Zelenski İsrail Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasının Fələstin ərazilərinin işğalı ilə bağlı qətnaməsinin əleyhinə səs vermək tələbini rədd edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Zelenski İsrail Ukraynaya silah vermədiyi üçün Netanyahunun bu istəyindən imtina edib.
“Netanyahu ilə söhbətində Zelenski bildirib ki, qətnamənin əleyhinə və ya bitərəf səs vermək müqabilində Ukraynanın silahla, ilk növbədə, raketdən müdafiə sistemləri ilə təmin edilməsi məsələsində İsrailin mövqeyində dəyişiklik görmək istərdi”, - nəşr bildirib.
Qeyd olunub ki, Zelenski Netanyahunun cavabından razı qalmayıb və Ukrayna səfirinə səsvermədə iştirak etməməyi tapşırıb.
- “Casus” demişdilər - Baş nazir oldu
- Qurbanlıq heyvanlar neçəyədir? - Video
- Bu qəzalarla bağlı yeni qərar - Qaydalar dəyişdi
- Hikmət Hacıyevdən WUF13-lə bağlı paylaşım
- Mən İlham Əzizin yerinə olsaydım, “Nataşa”nı götürüb Salyana gətirərdim...
- Sənan Əsədzadə Misirdə saxlanıldı
- BMT baş katibinin müavini "ASAN xidmət"də...
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq