Göyçay rayonunun Alxasava kəndində İranda avtomobil qəzasında həlak olan Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovla vida mərasimi keçirilib.
“BUTA.TV” “Report”a istinadən xəbər verir ki, vida mərasimində xarici işlər nazirinin müavini Samir Şərifov, rayon rəsmiləri, Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
R.İmranovun nəşi rayonun Alxasava kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, R.İmranov mayın 23-də Culfa-Təbriz avtomagistralının Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olub.




- 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin
- Toral Bayramov “Qarabağ”dan getdi - Türkiyə klubuna keçdi
- İlham Əliyev fərman imzaladı
- Prezident: Bu məsələdə 55 faiz qəbuledilməz rəqəmdir...
- Prezidentdən soyuducu anbarlarla bağlı tapşırıq
- Ət, süd, quş əti ilə 100 faiz özümüzü təmin etməliyik...
- İTV-nin yeni baş direktoru müəyyən oldu
- Bakı-Tiflis reysi: Səfər sığortasını haradan əldə etmək olar?