Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar “Bakı Metropoliteni” QSC-də gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
“BUTA.TV” xəbər verir ki, bununla bağlı Bakı metropoliteni məlumat yayıb.
Bildirilib ki, tədbirin ilk günü - mayın 17-si qeyri-iş gününə təsadüf etsə də, qatarların hərəkəti şənbə günü qrafikinə uyğun təmin olunacaq.
Həmin gün “28 May-Əhmədli” və əks istiqamətdə interval 2 dəqiqə 30 saniyə təşkil edəcək.
Sessiyanın digər günlərində isə qatarlar ənənəvi iş günü qrafikinə uyğun, texniki cəhətdən mümkün olan ən sıx hərəkət rejimində fəaliyyət göstərəcək.
“28 May-Əhmədli” sahəsində interval 1 dəqiqə 45 saniyə olacaq.
Bənövşəyi xətdə, həmçinin “Əhmədli–Həzi Aslanov” və “Cəfər Cabbarlı-Xətai” məkik hərəkət mənzillərində qrafik dəyişdirilməyəcək. Bundan əlavə, sərnişin sıxlığının operativ tənzimlənməsi məqsədilə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.
- AZAL Dubaya reysləri bərpa edir
- Sabiq deputatın şirkəti buna görə 3.6 milyon qazanacaq
- İctimai nəqliyyatda ilk: Üztanıma ilə ödəniş... - Video
- Direktoru işdən çıxardı, yeni vəzifə verdi - Foto
- Britaniya Lotu Qulinin qardaşına sanksiya tətbiq etdi
- Metro gücləndirilmiş rejimə keçir: İnterval belə olacaq
- “Bu ərazilərdə metro tiksək, vətəndaşlar mərkəzə gəlməyə çalışacaq” - Video
- Nazir ona vəzifə verdi - Foto