FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi

18:39 - 14 May 2026 - GÜNDƏM

 FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən “Şəhərsalma fəaliyyətində tikinti, yanğın, texniki və radiasiya təhlükəsizliyinin təmin olunmasında dövlət nəzarəti” mövzusunda “dəyirmi masa” təşkil edilib.

BUTA.TV xəbər verir ki, tədbirdə Fövqəladə Hallar Nazirliyinin və müvafiq tabeli qurumlarının, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC, “Azəriqaz” İB, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və WUF13 Təşkilat Komitəsinin rəsmiləri iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd şəhərsalma fəaliyyəti zamanı vətəndaşların təhlükəsiziliyinin etibarlı şəkildə təmin edilməsinə dair müzakirələrin aparılması və bu istiqamətdə qarşıda duran vəzifələrin müəyyənləşdirilməsindən ibarət olub.

“Dəyirmi masa”da çıxış edənlər Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıqla əlaqədar aidiyyəti üzrə görülən işlər barədə ətraflı məlumat verib, şəhərsalma fəaliyyətində dövlət nəzarətinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb, sözügedən prosesin vətəndaşların təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasındakı rolundan bəhs ediblər. Natiqlər, həmçinin hazırlıq ərəfəsində maarifləndirmə xarakterli tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə FHN tərəfindən görülmüş işlərdən danışıblar.

Bu xəbər hal-hazırda çox oxunur
Minimum əməkhaqqı nə vaxt artırılacaq?

Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırıllb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol