Laçın şəhəri və Daşkəsən rayonuna dolu düşüb.
Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 14-ü saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub.
Mayın 13-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Saatlıda 21, Zaqatala və Sabirabadda 20, Naftalanda 18, Qobustan və Biləsuvarda 16, Şəkidə 15 m/s-dək güclənib.
Düşən yağıntının miqdarı: Qaxda (Sarıbaş) 23, Sabirabad, Şahbuzda 13, İmişlidə 9, Gədəbəydə 8, Saatlı, Qobustanda 7, Şirvan, Ordubad, Biləsuvar, Culfada 4, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Göygöl, Daşkəsən, Balakən, Zaqatala, Şamaxı, Cəlilabad, Beyləqan, Lənkəran, Astara, Lerikdə 3, İsmayıllı, Ağstafa, Neftçala, Cəbrayıl, Sədərək, Ağdamda 2, Laçın, Yardımlı, Bərdə, Tərtər, Mingəçevir, Göyçay, Yevlax, Zərdab, Kürdəmir, Xaltan (Quba), Xızı, Şəki, Şahdağ, Tovuz, Gəncə, Naftalan, Şəmkir, Goranboy, Naxçıvan, Şərurda 1 mm-dir.
Mayın 13-də saat 18:23-18:30 radələrində Laçın şəhərinə 9-12 mm, saat 19:32-19:34 radələrində isə Daşkəsən rayonuna xırda dənəli dolu düşüb.
- Aeroport yolunda yük maşını kül oldu - Video
- Bakıda onlar üçün xüsusi avtobus fəaliyyətə başladı - Pulsuzdur
- Prezident onu nazirin birinci müavini təyin etdi
- Yermak həbs olundu - Video
- Ağakərim Səmədzadə nazirin I müavini oldu
- Yaşayış binasında “yanğın”: FHN hərəkətə keçdi - Video
- Minimum əməkhaqqı nə vaxt artırılacaq?
- Taksi sürücüsü maşında avtomat gəzdirirmiş - Həbs edildi