Çin hökuməti ABŞ Dövlət katibi Marko Rubioya qarşı tətbiq etdiyi sanksiyaları onun adının Çin dilində yazılışını dəyişdirərək, faktiki olaraq ləğv edib.
“BUTA.TV” xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.
Bildirilib ki, Pekin administrasiyası Rubionun soyadındakı “ru” hecasını fərqli heroqliflə yazmağa başlayıb. Bu dəyişiklik nəticəsində diplomat texniki baxımdan əvvəlki sanksiya siyahısından çıxarılıb və ABŞ Prezidenti Donald Trampın nümayəndə heyəti ilə birlikdə Çinə problemsiz daxil ola bilib.
Qeyd edilib ki, Çin illər əvvəl Rubionun insan haqları və Pekinin siyasəti ilə bağlı sərt tənqidlərinə cavab olaraq ona qarşı səyahət qadağası və digər məhdudiyyətlər tətbiq etmişdi.
Lakin Tramp administrasiyasında Dövlət katibi vəzifəsinə gətirilən Rubio üçün diplomatik çıxış yolu tapıldığı qeyd olunur. Diplomatik mənbələrin məlumatına görə, Çin mediası və rəsmi qurumları 2025-ci ilin əvvəlindən etibarən Rubionun adının yazılışında fərqli simvoldan istifadə etməyə başlayıblar.
Bu, iki ölkə arasında münasibətləri gərginləşdirmədən problemi həll etməyə hesablanmış “diplomatik arxa qapı” addımı kimi qiymətləndirilir.
- Bu dəfə “daş qayaya rast gəldi”... - Video
- Rekord istilər gözlənilir - Xəbərdarlıq
- Rubionun adını dəyişdirib Çinə buraxdılar
- Milyardlıq biznesindən əl çəkib din xadimi olur
- Bu gün Bakı və Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- Bakıda piyadalar üçün böyük dəyişiklik başladı - Video
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video