103 yaşlı amerikalı nevroloq, “dünyanın ən yaşlı praktik həkimi” kimi tanınan Hovard Taker uzun və sağlam həyatın əsas prinsiplərini açıqlayıb.
“BUTA.TV” xəbər verir ki, 2022-ci ilə qədər fəal şəkildə işləyən və Ginnesin Rekordlar Kitabına düşən Hovard Taker uzunömürlülüyü üç əsas qayda ilə izah edir.
1. Zehni aktiv saxla
Takerə görə, ağıl bədən əzələsi kimidir və istifadə olunmadıqda zəifləyir. O, öyrənməyə davam etməyin, yeni hobbilər və fəaliyyətlərlə məşğul olmağın zehni gənc saxladığını bildirir.
Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü - Video
2. Qəzəb və nifrətdən uzaq dur
Onun ikinci qaydası emosional balansla bağlıdır. Taker kin və qəzəbin həm psixoloji, həm də fiziki sağlamlığa zərər verdiyini vurğulayır.
3. Balansı qoru
Üçüncü prinsip “qızıl orta”dır. O, sərt pəhrizlər əvəzinə balanslı qidalanmanı tövsiyə edir və hər şeydə ölçünü qorumağın vacibliyini qeyd edir.
Hovard Takerin sözlərinə görə, uzun ömrün əsas açarı zehni aktivlik, emosional sabitlik və balanslı həyat tərzidir.
- Şuşaya maşınla gedənlərin nəzərinə: 150 AZN cərimə... - Video
- İşdən çıxan şəxs hansı halda - Geri qayıda bilər?
- DYP-dən sürücülərə məcburu dayanma ilə bağlı xəbərdarlıq
- Dərnəgüldən regionlara qatarla getmək mümkün olacaq
- Binə qəsəbəsində qaz olmayacaq
- Daha 3 şəhidimiz dəfn ediləcək
- Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Foto
- Lökbatandakı yanğın: anbarın 21 min kvadratmetri yandı