Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...

01:44 - 29 Aprel 2026 - GÜNDƏM

 Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...

Rusiya hökuməti MDB ölkələrindən və Gürcüstandan olan peşəkar sürücülərin Rusiya ərazisində müvəqqəti qalma müddətini 180 günə qədər artırıb.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, müvafiq qərar rəsmi hüquqi məlumat portalında dərc edilib.

Sənədə əsasən, MDB-yə üzv dövlətlərin, habelə Gürcüstanın beynəlxalq avtomobil daşımalarını həyata keçirən peşəkar sürücülər vizasız qaydada Rusiyaya daxil olduqları halda, bir təqvim ili ərzində ümumilikdə 180 günədək ölkədə qala biləcəklər.

Bu imkan yalnız həmin şəxslər müəyyən edilmiş qaydada Rusiyaya giriş və ölkədə qalmaq (yaşamaq) məqsədilə ərizə təqdim etdikdə tətbiq olunacaq. Qərar 30 iyun 2026-cı il tarixindən qüvvəyə minir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol