Xəbər verdiyimiz kimi, ötən gün 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü sinif yoldaşının üzərinə spirt tökərək alışqanla yandırıb.
BUTA.TV xəbər verir ki, hadisə ilə bağlı həmin məktəbin direktoru açıqlama verib.
“Dünən səhər məktəbimizin 9 E sinif şagirdinin atası məktəbə yaxınlaşaraq bildirib ki, 17 apreldə övladı ilə sinif yoldaşı arasında mübahisə olub və dalaşıblar. Bu barədə araşdırma aparılmasını və şagirdlər arasında barışıq yaradılmasını istəyib. Direktor müavini məsələnin nəzarətə götürüləcəyini deyib və həmin sinfə gedib. Şagirdlərin adlarını çəkərək kim olduqlarını soruşub və şagirdi sinifdən çıxarmaq üçün çağırıb. Bu zaman ondan arxada əyləşən şagird evdən gətirdiyi termosun içindəki spirti şagirdin üzərinə tökərək ona xəsarət yetirib”, - direktor bildirib.
Ətraflı materialda:
- Fermer kartlarına köçürülən 2,6 milyon manat hara yoxa çıxıb?
- Azərbaycanda iki fəsil yoxa çıxır: Əbədi qar...
- Diqqət: Sabah Bakı metrosunun qrafikində dəyişiklik olacaq
- Direktor danışdı: Şagird sinif yoldaşını necə yandırıb? - Video
- Mövsümün ilk gilası 227 manata satıldı
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı