Əkin subsidiyasının alınması üçün müraciət etmiş şəxslər üzrə açılan 5017 fermer kartının 2020-ci ildən auditlə əhatə olunan dövrün sonunadək (31.03.2025-ci il tarixinədək) bankdan götürülməməsi müəyyən edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilib.
Sənədə görə, dövlət büdcəsinin vəsaitləri hesabına həmin kartlara 2625,7 min manat köçürülüb. Bu da vəsaitin istifadəsi səmərəliliyi, nəticəliliyinin əldə edilməməsinə gətirib çıxarıb.
Eyni zamanda, təqdim edilən məlumatlar iki ildən çox müddət ötməklə artan yekunla 2024-cü ilin sonuna 13304 fermer ümumilikdə 469,8 min manat məbləğində vəsaitin istifadə olunmadığını göstərsə də, həmin vəsaitlərdən istifadə olunmamasının hüquqi nəticələri ilə əlaqədar vaxtında müvafiq prosedurlar həyata keçirilməyib.
Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
- Bakı-Naxçıvan uçuşları təxirə salındı
- WUF13-də ADY ilə bağlı infosessiya keçiriləcək
- Daha bir sabiq deputat vəfat etdi - Foto
- Qafqazın ən böyük tunelindən yeni - Video
- Elçin Quliyev kralla birgə Qarabağ atlarını izlədi - Fotolar
- Güclü külək əsəcək – Sarı və narıncı xəbərdarlıq
- Ordumuz yaz-yay rejiminə keçdi - Video
- WUF13: İctimai nəqliyyatda hərəkət necə təşkil ediləcək?