Mövsümün ilk gilası 227 manata satıldı

21:48 - 21 Aprel 2026 - GÜNDƏM

 Mövsümün ilk gilası 227 manata satıldı

Türkiyənin Manisa vilayətində şimal yarımkürəsində yetişən ilk gilas bazara çıxarılıb. Mövsümün ilk məhsulu ənənəvi olaraq açıq hərrac yolu ilə satılıb və qiyməti rekord həddə çatıb.

BUTA.TV Lent.az-a istinadla xəbər verir ki, bu il bazara ilk gilas gətirən fermer Yusif Bakan olub.

Onun yetişdirdiyi məhsul keçirilən açıq hərracda kiloqramı 6 min türk lirəsinə (təxminən 227 manat) Məsud Altıok adlı alıcıya satılıb.

Təxminən 30 min lirəyə 5 kiloqram gilas alan alıcı Məsud Altıok bildirib ki, qiymətin yüksək olmasına baxmayaraq, bu alış simvolik xarakter daşıyır və əsas məqsəd fermerlərə dəstək göstərməkdir.

Bu xəbər hal-hazırda çox oxunur
Qazaxıstandan gəldi, Qarabağ uğrunda şəhid oldu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol