Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində, ADA İbtidai Məktəbində, “Azərişıq” ASC-nin Şəmkir İdarəetmə və Nəzarət Mərkəzində, Qazax və Şəmkir rayon Mərkəzi xəstəxanalarında, Qarayazı Dövlət Təbiət Qoruğunda, Samux şəhər 3 nömrəli tam orta məktəbində, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Ləki qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyində, Kürdəmir şəhər 10 nömrəli körpələr evi-uşaq bağçasında, Şamaxı rayonu, F.Şıxalıyev adına Bağırlı kənd tam orta ümumtəhsil məktəbində, Şamaxı şəhər 3 nömrəli uşaq bağçasında, Qusar rayon Mərkəzi Kitabxanasında, Şabran rayonu, Günəşli kənd tam orta məktəbində, “Azərenerji” ASC-nin Qarabağ Rayon elektrik şəbəkəsinin Cəbrayıl yarımstansiyasında, Füzuli rayonu, A.Cəbrayılov adına Aşağı Alıxanlı kənd tam orta məktəbində və Masallı rayon Gənclər Mərkəzində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
- FHN-çilər yarışlarda yüksək nəticələr göstərdilər
- Sabah Sumqayıtda su kəsiləcək
- Metroda informasiya sistemi kəsildi: nə baş verir? - Video
- Yeni mexanizm yaradılır: Borcu olanların diqqətinə...
- 10 min nəfərin pensiyası ilə bağlı - Qərar
- Bakının bu ərazilərində evlər ucuzlaşdı - Xoş xəbər
- Kür çayı daşdı: Samuxda əkin sahələrini su basdı
- Məktəb direktorlarının diqqətinə!