Bir ildə 2 quruma rəis təyin olunan məmurun yerinə təyinat - Foto

17:12 - 20 Aprel 2026 - GÜNDƏM

 Bir ildə 2 quruma rəis təyin olunan məmurun yerinə təyinat - Foto

Ziya Ziyəddin oğlu Qurbanzadə Dövlət Turizm Agentliyinin Mingəçevir Regional Turizm İdarəsinə rəhbər təyin edilib.

BUTA.TV Qaynarinfo.az-a istinadla xəbər verir ki, bu barədə agentliyin sədri Fuad Nağıyev müvafiq əmr imzalayıb.

O, bundan əvvəl Mingəçevir Regional Turizm İdarəsinfə məsləhətçi vəzifəsində çalışıb.

Qeyd edək ki, ötən ilin mart ayında Mingəçevir Gənclər Evinin rəhbəri Tural Adil oğlu Kərimov Mingəçevir Regional Turizm İdarəsinə rəis təyin edilmişdi. Bir neçə gün əvvəl isə Tural Kərimov mədəniyyət naziri Adil Kərimlinin müaviq əmri ilə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə rəisi təyin olunub.

Xatırladaq ki, Mingəçevir Regional Turizm İdarəsinin rəisi Tural Kərimov öz ərizəsi əsasında aprelin 2-də vəzifəsindən azad olunmuşdu. Eyni zamanda, sözügedən vəzifənin icrası müvəqqəti olaraq İdarənin məsləhətçisi Ziya Qurbanzadəyə həvalə edilmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol