Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto

18:30 - 15 Aprel 2026 - GÜNDƏM

 Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Anar Rəhimov, Cəlal Cavadov və Ümüd Qənbərov saxlanılıblar.

BUTA.TV xəbər verir ki, onlardan 5 kiloqramdan artıq narkotik vasitə həşiş, tiryək, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.

Saxlanılan şəxslər ifadələrində narkotikləri müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Saxlanılan hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq araşdırmaları davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol