“Kapital Bank” I rüb üzrə maliyyə nəticələrini elan etdi

15:08 - 15 Aprel 2026 - GÜNDƏM

 “Kapital Bank” I rüb üzrə maliyyə nəticələrini elan etdi

Ölkənin birinci bankı “Kapital Bank”ın aktivləri 31 mart 2026-cı il tarixinə 11,8 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 5,5 milyard manatdır.

31 mart 2026-cı il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 8,5 milyard manat təşkil edib. Bankın 31 mart 2026-cı il tarixinə tutulmalardan sonra məcmu kapitalı 1,2 milyard manat, adi və imtiyazlı səhmlər isə 256 milyon manatdır.

Bankın xalis mənfəəti isə ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfədən çox, yəni 119% arataraq 120 milyon manata çatıb.

Qeyd edək ki, “Kapital Bank” “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı “Kapital Bank” PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul kreditiBirbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol