Namizəd Səfərovun həbs müddəti uzadıldı

14:52 - 14 Aprel 2026 - GÜNDƏM

 Namizəd Səfərovun həbs müddəti uzadıldı

Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərov barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, bununla bağlı təqdimata Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılıb.

Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbirinin 3 ay müddətinə uzadılması barədə qərar verilib.

Qeyd edək ki, ittihama görə, özünü vəkil kimi təqdim edən Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla bu adla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyindən vətəndaş polisə müraciət edib.

Bu xəbər hal-hazırda çox oxunur
Xankəndi Tibb Mərkəzinin rəhbəri dəyişdirildi

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol