Cərimələrlə bağlı yeni qayda tətbiq oluna bilər - Video

11:48 - 14 Aprel 2026 - GÜNDƏM

 Cərimələrlə bağlı yeni qayda tətbiq oluna bilər - Video

Azərbaycanda tətbiq olunan cərimələrin məbləği ilə bağlı narazılıqlar artır. Sürücülər və piyadalar cərimələrin yüksək olmasından şikayətlənir, bəzi hallarda isə vətəndaşların borc və kredit hesabına ödəniş etdiyi bildirilir.

BUTA.TV xəbər verir ki, bəzi sürücülər tez-tez cərimələndiklərini, hətta cərimələri ödəmək üçün kredit götürdüklərini deyirlər.

Onların sözlərinə görə, son dövrlərdə cərimə məbləğlərində artım daha da hiss olunur və bu, ciddi narazılıq yaradır. Narazılıq yalnız sürücülərlə məhdudlaşmır. Piyadalar da tətbiq edilən cərimələrin yüksək olduğunu qeyd edir. Onların fikrincə, mövcud məbləğlər vətəndaşların gəlirləri ilə müqayisədə uyğun deyil.

Mövzu ilə bağlı səsləndirilən təkliflərdən biri cərimələrin minimum əməkhaqqına uyğunlaşdırılmasıdır. Bu yanaşmanın əsas məqsədi cərimə məbləğlərinin vətəndaşların maliyyə imkanlarına uyğun şəkildə müəyyənləşdirilməsidir.

Bu xəbər hal-hazırda çox oxunur
Qubada qarın hündürlüyü 3 metrə çatdı - Video

Daha ətraflı İTV-nin hazırladığı süjetdə:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol