Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
BUTA.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şabran rayonu, Rəhimli kəndində yerləşən “Bağçalı” otelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Belə ki:
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib və daxili yanğın kranları nasazdır;
- obyektin mətbəxində tavan hissələri yanar material olan lambirlə üzlənilib;
- yanğınsöndürmə avtomobillərinin yanğın su hovuzuna sərbəst yan alaraq su götürməsi üçün hovuz bərk örtüklü müvafiq meydança ilə təmin edilməyib, hovuza yaxınlaşmaq üçün hərəkət istiqamətini göstərən müvafiq lövhə quraşdırılmayıb:
- obyektin qazanxana və nasosxana otaqlarına yanar materiallar yığılıb;
- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
- yanğın zamanı insanların təxliyəsi üçün köçürmə planı tərtib olunmayıb;
- obyektin tüstü bacası təmizlənməyib;
- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Şabran rayonu, Rəhimli kəndində yerləşən “Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
- Prezident təsdiqlədi: bu yolda sürət həddi saatda 130 km oldu
- Bakıda özəl klinikanın fəaliyyəti dayandırıldı
- Sərnişin və yük qatarlarına I rübdə 18 dəfə daş atılıb - ADY
- Binada partlayş: Kondisioner ustası 15-ci mərtəbədən yıxılıb öldü
- Pirşağı hövzəsi üzrə kanalizasiya kollektorları tikilir - Video
- Taksi sürücüsünə xəsarət yetirib, maşınını qaçırdılar
- Namizəd Səfərovun həbs müddəti uzadıldı
- Minaya düşərək həlak olan şəxs musiqiçi imiş - Foto