Son günlər yağan intensiv yağıntılar nəticəsində Bakının Bibiheybət yolunda mövcud sürüşmə sahəsi aktivləşib.
BUTA.TV xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib.
Onun sözlərinə görə, eyni zamanda, Xətai rayonunun Zığ və Səbail rayonunun Badamdar qəsəbələrinin ərazisində, Salyan şosesində də mövcud sürüşmə sahələrində aktivlik qeydə alınıb:
"Operativ Monitorinq Qrupu sürüşmə zonalarında müşahidələr aparır. Hazırda aidiyyəti qurumlar tərəfindən ərazilərdə müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir".
- Mehriban Əliyeva Tiflisdə Gürcüstan Milli Muzeyində...
- ABB güzəştli kreditlər verəcək
- Övladının dəfnində canlı yayım açan şəxs nəzarətə götürüldü
- 8 noyabr prospektində yağışın fəsadları aradan qaldırılır
- ADSEA: Kollektorun üzərində tikilmiş ev söküldü - Video
- AZAL və “Air Serbia” yeni kod-şerinq tərəfdaşlığına başladı
- "Azərişıq" gücləndirilmiş iş rejimində çalışır
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir