Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar 3 liman bağlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) mətbuat katibi Pərvanə İmanova məlumat verib.
Onun sözlərinə görə, Qaradağ, Dübəndi, Sahil limanlarına giriş-çıxış bağlanıb:
"Amma digər limanlar açıqdır".
Xatırladaq ki, Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlərə intensiv və güclü yağış, dağlıq ərazilərə isə qar yağır. Bakıda və Abşeron yarımadasında aprelin 5-6-da düşən yağıntının miqdarı 90 mm qeydə alınıb ki, bu da aylıq normanın 390 %-ni təşkil edir. Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24, Şabranda 20, Gəncə, Daşkəsəndə 18 m/s-dək güclənir.
- Qida borusunda yemək qalan qadın öldü
- Məktəbli qardaşlara xəsarət yetirildi: qazi saxlanıldı
- Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı
- Sabah hava necə olacaq?
- Ziya Məmmədovun qalmaqallı qohumu yüksək vəzifə aldı
- Bu şəxslərin maaşları arta bilər - Deputatdan müjdə
- Bakıda bu yol qismən bağlandı - 3 qurumdan birgə məlumat
- İranla sərhəddə 21 kq marixuana aşkarlandı