Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Yağıntılı hava şəraitinin davam etməsi paytaxt yollarında bəzi istiqamətlərdə nəqliyyatın hərəkətini çətinləşdirib, sıxlıq yaranıb. Yol polisi əməkdaşları tərəfindən müxtəlif istiqamətlər üzrə sıxlıq yaranan yollarda hərəkət intensivliyinin artırılması, sıxlığın azaldıması, həmçinin yollarda təhlükəsizlik tədbirləri məqsədilə zəruri tədbirlər görürlər.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
4. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində;
5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
6. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
9. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
11. Tiflis prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
12. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
13. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
14. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
15. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
16. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
17. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
18. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Sürücülərə sürət həddinə əməl edilməsi, düzgün ara məsafəsi saxlaması və piyadalara qarşı diqqətli olmaları tövsiyə edilir.
- Bakıda bu yol qismən bağlandı - 3 qurumdan birgə məlumat
- İranla sərhəddə 21 kq marixuana aşkarlandı
- Buraxılış imtahanı suallarının düzgün cavabları açıqlandı
- Zəhərlənən uşaqlardan 2-sinin vəziyyəti ağırdır
- Güclü yağışlar: Məktəblərdə davamiyyət necədir?
- Kəmaləddin Heydərov su basan ərazidə - Video
- Operativ nəqliyyat vasitələrinin siyahısı genişləndirilir
- Bakıda yağış fəsadlar törətdi: BŞİH hərəkətə keçdi - Foto