Qatar və dəmiryol vağzallarında bunu edənlər cərimələnəcək

17:24 - 31 Mart 2026 - GÜNDƏM

 Qatar və dəmiryol vağzallarında bunu edənlər cərimələnəcək

"Tütün və tütün məmulatları haqqında Qanun"la 1 aprel 2026-cı il tarixindən Azərbaycanda elektron siqaretlərin istifadəsi qadağan edilir.

Azərbaycan Dəmir Yolları QSC-dən BUTA.TV-a verilən məlumata görə, inzibati Xətalar Məcəlləsinə əsasən, qeyd edilən tarixdən qatarlarda, dəmiryol vağzallarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq ediləcək.

"Elektrik qatarları ətraf mühitin qayğısına qalır, amma elektron siqaret sağlamlığa zərər vurur. Elektrik qatarlarından istifadə edin - təbiətə və özünüzə qayğı göstərin", - məlumatda qeyd olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol