Yağışlar hansı məhsulları bahalaşdıracaq?

15:38 - 31 Mart 2026 - GÜNDƏM

 Yağışlar hansı məhsulları bahalaşdıracaq?

Son günlər ölkəmizdə müşahidə olunan intensiv yağışların kənd təsərrüfatına təsiri həm müsbət, həm də mənfi istiqamətdə özünü göstərə bilər. Yaz mövsümündə yağıntılar torpağın rütubətini artıraraq bəzi bitkilərin inkişafına şərait yaratsa da, qeyri-sabit hava şəraiti, güclü yağış və fırtınalar əkin sahələrində zərərə səbəb olur. Artıq yüzlərlə hektar ərazidə müəyyən problemlər qeydə alınıb və bu, məhsuldarlığa mənfi təsir göstərir. Eyni zamanda, artıq suyun yığılması kök çürüməsi və xəstəliklərin yayılması riskini artırır.

Bu sözləri BUTA.TV-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli kənd təsərrüfatına hava şəraitinin təsirindən danışarkən deyib.

O bildirib ki, bazarda müşahidə olunan meyvə və tərəvəz qiymətlərindəki artımda hava faktorunun rolu olsa da, bunu yalnız yağışlarla əlaqələndirmək düzgün deyil:

“Qiymət artımına təsir edən əsas amillər arasında kənd təsərrüfatı məhsullarının ixracının artması, logistika və daşınma xərclərinin yüksəlməsi, qlobal ərzaq bazarındakı tendensiyalar və mövsümi dalğalanmalar da yer alır.

Bu xəbər hal-hazırda çox oxunur
Toya hazırlaşanların diqqətinə - Video

Azərbaycan xarici bazarlara meyvə və tərəvəz ixracını artırdıqca daxili bazarda təklif azalır və bu da qiymətlərə təzyiq göstərir. Ən çox bahalaşan məhsullar barədə konkret rəsmi statistik məlumat yoxdur, amma bazar iştirakçılarının dediklərinə görə, pomidor, xiyar, bəzi yerli meyvələr və digər tərəvəzlərdə qiymət yüksəlib. Bu, həm təklif‑tələb balansı, həm də ixrac və logistika xərclərinə görə dəyişir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol