Bu yolda hərəkət bərpa olundu - AAYDA

16:58 - 30 Mart 2026 - GÜNDƏM

 Bu yolda hərəkət bərpa olundu - AAYDA

Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində hərəkət bərpa olunub.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd edilib ki, Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində - paytaxt Bakı istiqamətindəki ərazidə yağan güclü yağışlardan sonra çalalar əmələ gəlmişdi:

"Mövcud vəziyyətin aradan qaldırılması üçün əraziyə xüsusi texnika və aidiyyəti əməkdaşlar cəlb edilib. Yaranmış problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb və qısa müddət ərzində ərazidə işlər tamamlanaraq təhlükəsiz hərəkət təmin olunub".

Bu xəbər hal-hazırda çox oxunur
Beş gün ardıcıl iş olmayacaq

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol