Hazırda paytaxt ərazisində bəzi yol sahələrində duman müşahidə olunur. Görmə məsafəsinin məhdudlaşması nəqliyyat vasitələrinin hərəkətinə təsir göstərir və yol-nəqliyyat hadisəsi riskini artırır.
BUTA.TV xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində qeyd olunub.
"Sürücülərə tövsiyə olunur ki, belə hava şəraitində hərəkət zamanı sürət həddini minimuma endirsinlər, ara məsafəsini normadan artıq saxlasınlar və ötmə kimi riskli manevrlərdən çəkinsinlər:
Xüsusilə işıq cihazlarından düzgün istifadə olunması, yaxın və duman işıqlarının yandırılması vacibdir.
Piyadalara da tövsiyə olunur ki, yolu keçərkən diqqətli olsunlar, sürücülərin onları vaxtında görə bilməyəcəyini nəzərə alaraq qəfil hərəkətlərdən çəkinsinlər.
Dumanlı hava şəraitində hərəkətin təhlükəsizliyi hər bir sürücünün məsuliyyətli davranışından asılıdır", - deyə müraciətdə bildirilib.
- Sadiq dost, dəyərli insan itirdim - Alim Qasımov
- Bu məşhur aparıcı Rasim Balayevin qohumu imiş
- Rasim Balayev heç kimlə görüşmək istəmirdi - Abbasova
- Bakıda metronun önündə "qayıq sürdülər" - Video
- Yol polisindən sürücülərə müraciət...
- Bakının bu rayonu 3 gündür istiliksiz qalıb
- Eldar Əzizov müşavirə keçirdi
- Bakıda avtomobillərdən oğurluq edənlər saxlanıldı