Xameneinin ictimaiyyət qarşısında görünməməsinin səbəbi açıqlandı

11:00 - 28 Mart 2026 - GÜNDƏM

 Xameneinin ictimaiyyət qarşısında görünməməsinin səbəbi açıqlandı

İran ali lideri Müctəba Xamenei təhlükəsizlik tədbirləri səbəbindən ictimaiyyət qarşısına çıxmır, lakin vəzifələrini yerinə yetirməyə davam edir.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Tehranın BMT-dəki daimi nümayəndəsi Əli Bəhreyni məlumat verib.

"Onun ictimaiyyət qarşısında görünməməsinin səbəbi mövcud xüsusi hallar fonunda təhlükəsizlik tədbirləri ilə bağlıdır", - deyə Bəhreyni bildirib.

Qeyd edək ki, kəşfiyyat xidməti nümayəndələrinin ABŞ Prezidenti Donald Tramp üçün xüsusi brifinqləri zamanı dəfələrlə İran liderinin yoxluğunun "sirri" məsələsi qaldırılıb. Adıçəkilməyən ABŞ məmurunun sözlərinə görə, Ağ Ev rəhbərinin milli təhlükəsizlik üzrə komandası Tehrandakı vəziyyətə əslində kimin nəzarət etdiyini müəyyənləşdirməyə çalışır.

Bu xəbər hal-hazırda çox oxunur
KVN komandasından heç kim Elnurla vidaya getmədi

Martın 19-da ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Konqresin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin dinləmələrində bəyan edib ki, Müctəba Xamenei İsrailin hava hücumu zamanı ağır yaralanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol