Azərbaycan Dəmir Yolları QSC (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.
ADY-dən BUTA.TV-a verilən məlumata görə, hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir, əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir.
"Bəzi sahələrdə təhlükəsizliyin təmin edilməsi məqsədilə sürət həddinin endirilməsi səbəbindən qatarların qrafikində qismən kənara çıxma halları ola bilər", - ADY qeyd edir.
ADY hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edir.
- Sabah hava necə olacaq?
- Kahı yükünün içərisindən külli miqdarda marixuana çıxdı
- Sulutəpə su altında qaldı - Video
- ADSEA-da Operativ Qərargah gücləndirilmiş iş rejimində - Video
- Dağıstanda 60 min insan işıqsız qaldı - Video
- Yol polisi sürücülərə müraciət etdi
- Şamaxıda güclü yağış hərəkətə çətinliklər yaratdı - Foto
- Quba-Xınalıq yolu bağlandı