İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.
Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Saleh Səmədov AR Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunur.
Qeyd edək ki, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
O, həmçinin mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.
- 65 yaşlı kişi nərdivandan yıxılıb öldü
- Bakıda ölümlə nəticələnən qəza - Anbaan videosu
- İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub
- Verilişin bağlanması televiziya üçün uğur deyil…
- Qaradağda 4 məmura xəbərdarlıq edildi
- Bayram günlərində hava necə olacaq?
- Bayramda Qarabağa gedənlərə xəbərdarlıq - Video
- Saleh Səmədovun həbs müddəti uzadıldı