Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 80-85%, gündüz 65-70% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 12-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacaq.
- "Bakcell" RSD sisteminə qoşuldu
- Bu nazirin müavinlərinin sayı artırıldı
- ASAN Xidmətin 3-cü “RoboCode” düşərgəsi başa çatdı
- "Azərişıq" sabit tariflə bağlı suallara aydınlıq gətirdi - Video
- Bakıda 57 yaşlı qadın dəm qazından öldü
- “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
- Bakıda piyadaların vurulması - Anbaan video
- Bu şəxslər peşə tanınması üzrə imtahan verdi