Nigar Rüfət həkim-kosmetoloq işləyə bilməzmiş...

13:32 - 25 Fevral 2026 - GÜNDƏM

 Nigar Rüfət həkim-kosmetoloq işləyə bilməzmiş...

Daha əvvəl qanunsuz həkim olması ilə bağlı məlumatlar yayılan "kosmetoloq" Nigar Rüfət hələ də "Laser Beauty Clinic"də fəaliyyətini davam etdirir.

BUTA.TV Unikal-a istinadla xəbər verir ki, fevralın 20-də Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən "Laser Beauty Clinic"də yoxlama keçirilib.

Analitik Ekspertiza Mərkəzindən bildirib ki, “LB CLINIC” MMC-yə məxsus “Laser Beauty Clinic” özəl tibb müəssisəsində çalışan Nigar Rüfət adlı şəxsin fəaliyyəti ilə bağlı 20 fevral 2026-cı il tarixində Analitik Ekspertiza Mərkəzinin rəhbərliyinin qərarı əsasında plandankənar yoxlama zamanı aşkar edilən faktlar qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilib və aidiyyəti üzrə inzibati icraat çərçivəsində baxılması üçün təqdim edilib:

"Nigar Rüfət qızı ali tibb təhsillidir və bu barədə Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş diplomun surəti yoxlamaya təqdim edilib. Onun bu günə olan təhsili həkim-kosmetoloq kimi çalışmasına imkan vermir".

Bu xəbər hal-hazırda çox oxunur
Pensiya alanlara şad xəbər: Mart ayında...

Əlavə edilib ki, Analitik Ekspertiza Mərkəzi tərəfindən səhiyyə sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarəti mütəmadi qaydada həyata keçirilir və aşkar olunan qanun pozuntuları ilə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülür.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol